İnsanlara hürriyət, millətlərə istiqlal!

Facebook və Instagram böyük cərimələrlə üzləşə bilərlər

209 03.07.2024 20:27 Dünya A A

Sosial media nəhəngi Meta-nın ən populyar platformaları olan Facebook və Instagram, fərdiləşdirilmiş reklam modellərinə görə, böyük bir cəza ilə üzləşmək üzrədirlər.

Avropa Məlumatların Mühafizəsi Şurası (EDPB), Meta-nın Instagram və Facebook üçün istifadə etdiyi fərdiləşdirilmiş reklamların və istifadəçi məlumatlarının işlənməsi üsulunun qanunsuz olduğuna qərar verib.

Bu qərar, şirkətin Avropadakı fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək və milyardlarla avro məbləğində cərimələrlə nəticələnə biləcək inkişaf kimi qiymətləndirilir.

Meta tərəfindən istifadə edilən bu reklam modeli, istifadəçilərin proqramdan istifadə edərkən nə etdiklərini izləyərək və onların şəxsi məlumatlarını təhlil edərək fərdiləşdirilmiş reklam təmin etmək məqsədi daşıyır. Bu üsul, Meta-nın ən böyük gəlir mənbələrindən biri olsa da, istifadəçilərin məxfiliklə bağlı narahatlıqlarına da səbəb olur. EDPB tərəfindən verilən bu qərar, istifadəçilərin icazəsini almadan Meta-nın şəxsi məlumatlardan reklam məqsədləri üçün istifadəsinə görə, Avropa İttifaqının (Aİ) Ümumi Məlumatların Qorunması Qaydasının (GDPR) pozulması kimi qiymətləndirilir. Bu halda şirkətin Avropadakı biznes modeli tamamilə dəyişəcək.

Facebook və Instagram-ın üzləşdiyi bu potensial cəzalar, rəqəmsal reklam sənayesində dönüş nöqtəsi ola bilər. Görünən odur ki, istifadəçi məlumatlarının qorunması və etik istifadəsi ilə bağlı müzakirələr gələcək dövrdə texnologiya sənayesinin gündəmini müəyyənləşdirməyə davam edəcək. Meta-dan verilən xəbərə görə, şirkət, qərara etiraz etmək hüquqlarını saxladıqlarını bildirib. Lakin hələlik şirkət, bu qərara etiraz etməyib.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR