İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Putinə Rusiya ilə Ukrayna arasında vasitəçi olmağı təklif etdi

337 03.07.2024 20:41 Siyasət A A

Bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçılarının 24-cü zirvə toplantısı çərçivəsində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Görüş zamanı Ərdoğan ölkəsinin atəşkəs razılığının əldə olunması üçün vasitəçi ola biləcəyini bildirib.

Türkiyənin öz bölgəsində və dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini vurğulayan Ərdoğan, həmçinin Rusiya ilə Ukrayna arasında davam edən müharibənin əvvəl atəşkəs, sonra isə sülhlə sona çatması üçün razılaşmaya zəmin yarada biləcəyini və hər iki tərəfi də qane edəcək ədalətli bir sülhün mümkün olduğunu bildirib.

Beləliklə Ərdoğan Putinə Türkiyənin Ukrayna ilə Rusiya arasında sülhün əldə olunmasında vasitəçi olmağı təklif edib.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR