İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvvəl ATƏT, indi də “Ədalət”: yaxud Gevorqyanın pensiya yaşı...

1616 27.02.2023 16:37 Yazarlar A A

Beynəlxalq Ədalət Məhkəməsi guya Azərbaycana hörmət edib, Ermənistanın 3 iddiasından ikisini geri qaytarıb, yalnız biri barədə qərar verib. Geri qaytarılan iddialardan biri də nə olsa, yaxşıdır: Ermənistan 12 dekabrdan başlayaraq Laçın yolunda ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi dinc aksiyanı hökumətin təşkil etdiyini “əsas” kimi göstərib və aksiyanın “saxta”, iştirakçıların guya Azərbaycan hökuməti tərəfindən öyrədilmiş şəxslərdən ibarət olduğu barədə şivən qoparıb. Hətta bununla bağlı adlar, foto-video kadrları da təqdim edib məhkəməyə. Lakin Ədalət Məhkəməsi ermənilərin qara-qışqırığına məhəl qoymayaraq, iddianı rədd edib. Sağ olsun, əziyyət çəkib. Amma və lakin...

ffcf87c1-3619-36f1-b09d-691b33a5345b_850.jpg (144 KB)

Beynəlxalq Ədalət Məhkəməsinin işğalçı və terrorçu dövlətin, separatizmi dəstəkləyənlərin saxta iddiasına vaxt ayırmağın özü belə absurddur. Sən qonşu ölkənin torpaqlarını 30 il işğalda saxla, minlərlə dinc sakinlərini qır, minlərlə hərbçilərinin ölümünə bais ol, ərazilərindəki maddi-mədəni irsi məhv elə, yaşayış məskənlərini yer üzünüdə sil, yerinə minalar basdır və azad olunandan sonra da 300-dək insanın ölümünə, xəsarət almasına səbəbkar ol, sonra da gəl ki, mənim iddia ərizələrim var, şikayətimə baxın, Azərbaycanı cəzalandırın! Və adında “ədalət” olanlar da utanmaz-utanmaz torpağı işğal olunan, yüz milyardlarla ziyan görən, vətəndaşları soyqırıma məruz qalan, qaçqın-köçkünə çevrilən ölkənin şikayətini geri qaytar, özünü “adil” göstərməkdən ötrü terrorçu və işağalçı ölkənin 3 ərizəsindən birini təmin elə... Absurdluqdur!

Həmin bu məhkəmənin adındakı “ət” sonluğu nədənsə mənə ATƏT-i xatırladır. Məlum qurum da 30 il ərzində torpaqlarımızdakı cinayətlərə “bərabərlik” işarəsi ilə baxırdı, guya “vasitəçi”, “həmsədr” qiyafəsində həll üçün gəlmişdilər, amma başımızın altına yastıq qoyurdular ki, erməni terrorçuları torpaqlarımızda keçilməz sədlər yaratsınlar, bunkerlər tiksinlər, əbədi işğala nail olsunlar. İndi də hüquq müstəvisindəki “ət” sonluqlu məhkəmə bənzər xətt götürüb.

Torpaqları zəbt olunmuş və hələ də işğalın və təcavüzün təsirindən tam xilas olmamış Azərbaycana qarşı məhkəmə iddiasını təmin etmək nədir, hətta bu iddiaya baxmağın, buna vaxt itirməyin özü belə, ədalətsizlikdir, ey “ədalət” adlı məhkəmə!

İndi Məhkəmənin İrəvanın iddiası əsasında qəbul olunan qərarına diqqət edin: “Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddiaya baxaraq qərara gəldik ki, işlə bağlı yekun qərardad verilənədək Qətnaməyə uyğun olan öhdəliklərinə müvafiq olaraq Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etməlidir. Məhkəmə hesab edir ki, müvəqqəti tədbirin görülməsi vacibdir və vurğulayır ki, Azərbaycan Laçın dəhlizi ilə insanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini mütləq təmin etməlidir. Məhkəmə hesab edir ki, ərzaq və dərman çatışmazlığı insanların həyatları üçün qarşısıalınmaz fəsadlara səbəb ola bilər. Təbii qaz təminatının kəsilməsinə gəldikdə isə qaz təminatı problemi və xüsusilə, bu problemi Azərbaycanın yaratması ilə bağlı Ermənistan yetərli dəlillər təqdim edə bilməyib".

Hələ az qalıblar ki, erməni axçilərin gecə yatanda söndürdükləri qaz sobasına görə də Azərbaycanı günahkar elan eləsinlər. Ancaq bu “ədalət” carçılarından kiminsə ağlına gəlməyib ki, hay tayfasına xatırlatsınlar: siz Ermənistandan qanunsuz qaz xətti çəkdiyinizə görə Azərbaycanı niyə ittiham edirsiniz, bəlkə əvvəlcə əfv olunmaq üçün müraciət edəsiniz, qazlaşma ilə bağlı beynəlxalq qanunvericilliyi yada salasınız. Necə ola bilər ki, bir ölkənin ərazisində yaşayan 20-25 min erməni icazəsiz-filansız istədiyi ölkədən qaz kəməri çəksin, nə ölkə qanunlarını, nə də beynəlxalq hüququ hərləsin? Bu, beynəlxalq hüquqda “erməni müstəsnalığı”dır?!

Digər məsələ: Beynəlxalq Ədalət Məhkəməsi hələ də “dəhliz” adlandırdığı Laçın yolundan ermənilərin hər iki istiqamətdə “maneəsiz” hərəkət etmələrini, nəqliyyat və yük maşınlarının kefləri istədiyi şəkildə Xankəndi-Gorus arasında var-gəl etmələrinə çağırış edir.

4a7e60ec-739b-30e4-98b7-5e580ad636bb_850.jpg (158 KB)

Hansı əsasla? Necə yəni “maneəsiz”, Azərbaycanın ərazisi sizinçün “aşsüzən”dir, nədir? Ölkəyə giriş-çıxış qaydaları var və burada istisnalar da yalnız qanunvericiliyə əsaslanmalıdır. Mən Azərbaycan vətəndaşı olaraq Beynəlxalq Ədalət Məhkəməsinin qurulduğu Haaqaya icazəsiz, vizasız, biletsiz, gömrük-sərhəd buraxılış nəzarətindən keçmədən gələ bilərəmmi? Heç Qarabağdakı Vartan da gələ bilməz, çünki ölkənin qaydaları var, ona əməl olunmalıdır. Onda niyə Vartanın Azərbaycan sərhədlərini kefi istədiyi şəkildə keçməsini təkidlə tələb edirsiniz? Azərbaycan sizinçün nədir, karvansaray qapısıdırmı Laçın yolu, hər gələn bir təpik vurub, açsın, keçib-gəlsin? Adında ədalət olanlar heç utanırsınızmı?!

Yazılanlara görə, Beynəlxalq Ədalət Məhkəməsinin sənədlərini diqqətlə tədqiq edəndə 6-cı Əməliyyat Paraqrafında (səh 6) - Ermənistanın "Laçın dəhlizində hər iki istiqamətdə hərəkətin Azərbaycan tərəfindən təmin edilməsi" iddiasının lehinə səs verənlərdən biri, məhkəmənin sədr müavini (vitse-prezident) erməni mənşəli Kirill Gevorqyandır. Kirill Gevorqyan 1953-cü ildə Moskvada anadan olub. Moskva Beynəlxalq Münasibətlər İnstitutunda beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb (1970-1975). SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib(1975-1978). 2015-ci ildən Beynəlxalq Ədalət Məhkəməsinin üzvü, 2021-ci ildən isə sədr müavinidir. Rusiyanın təmsilçisi kimi o pilləyə qalxsa da, erməni qanı axır damarlarından, bəllidir. Amma axı, Ədalət Məhkəməsi erməni konseyi deyil, öz reputasiyasını düşünməlidir belə qərarlar verəndə…

kiril.PNG (801 KB)

Laçın yolunun humanitar məsələlər üçün heç vaxt bağlı olmadığını Beynəlxalq Ədalət Məhkəməsi elə Ermənistan mətbuatını izləməklə, yaxud Beynəlxalq Qırmızı Xaç Komitəsinin hesabatlarına nəzər salmaqla dəqiqləşdirə və Ermənistanın iddia ərizəsini şikayətçinin təpəsinə çıxrpa bilərdi. 12 dekabrdan indiyədək Laçın yolundan 3 mindən çox yük və minik avtomobili sərbəst keçib, yüzlərlə mülki erməni, o cümlədən 129 “xəstə” aparılıb. Tonlarla yanacaq, ərzaq, tikinti materialları, daha nələr… Rusiya hərbi kontingentinin karvanlarının videosunu izləmək, bülletenlərinə baxmaq bəs edərdi. Amma “ədalət”lilər daha çox Kirill Gevorqyanın xətrini əziz tutublar, ədaləti yox!

Belə ədalət olmur, heç olmur! Eyni zamanda Azərbaycanın səlahiyyətli şəxsləri də bunların “ədalət”ini öncədən göz önünə gətirib daha tutarlı faktlarla getməlidir proseslərə… Görün ermənilər bizi hansı “arqument”lə şərləyir: “Laçın yolundakı aksiyanı ekofəallar yox, hökumət təşkil edib”. Sən mənim torpağımda mədənləri tala, sərvətlərimi daşı, sonar da iddia qaldır ki, bu aksiya vətəndaş cəmiyyətinin deyil, dövlətin təşkilaçılığı iəl keçirilir. Həyasızlığa bax! Sən mənim ərazimdə 10 minlik ordu saxla, de ki, Azərbaycan mənə mane olmasın, Laçın yolu ilə silah-sursat, basdırmağa mina gətirmək istəyirəm. Və Ədalət Məhkəməsi də müdrik görkəm alıb bu iddiaya baxsın. Deməliydi ki, Azərbaycan dövləti sizin canınızı almalı idi, antiterror əməliyyatı keçirib, bir gecədə terrorçu şəbəkənizi məhv eləməliydi, hələ humanist davranır… Demir, əksinə, ermənilərə “dil” verir…

kilse.PNG (1.28 MB)

Bu gedişlə “ədalət”lilərdən adil məhkəmə qərarı gözləməyə və vaxt itirməyə dəyməz! “Pensiyaya çıxan” ATƏT həmsədrlərindən çox görmüşük. Ədalət Məhkəməsinin hakimlərinin pensiya yaşına nə qədər qalıb?.. Hər halda Gevorqyanın 70 yaşı olur bu il...

Avropa Ədalət Məhkəməsinin qərarından sonra Qarabağ separatçıları “Hayastan” fondunun Xankəndidə 9 mərtəbəli binalar tikdiyini açıqladılar və bu fotolar yaydılar. Bu da sizə “blokada”! “Acından qırılan”, “nəsli kəsilən”lər “zəlzələyə davamlı” evlər tikir!

WhatsApp Image 2023-02-27 at 17.39.32.jpeg (175 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR