İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvəz Zeynallı ilə “Canlı debat” - Rusiya müharibəni uzatdı, vəziyyət gərginləşdi

1201 18.05.2022 11:59 Gündəm A A

Rusiya uzunmüddətli müharibəyə hazırlaşır. Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov feysbukda yazıb. "Rusiya bir çox cəhətdən uzunmüddətli hərbi əməliyyata hazırlaşır. Müharibə uzanan fazaya keçir. Biz görürük ki, Xerson və Zaporojye vilayətlərində onlar fəal şəkildə mühəndis-istehkam işləri aparırlar”, - nazir qeyd edib.

O, həmçinin bildirib ki, Belarus qoşunları Ukrayna ilə sərhəddə aktiv manevrlər həyata keçirir.

"Biz düşməni tez bir zamanda məğlub etmək və ərazilərimizi azad etmək istəyirik. Rusiyanın münaqişəni kənara çəkməsinə imkan verməyin. Ona görə də beynəlxalq yardım və lazımi miqdarda silah almaqda çox maraqlıyıq”, - Reznikov vurğulayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün Xural TV-nin rəhbəri Əvəz Zeynallı ilə müzakirə edəcəyik. Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da bu müzakirəni dinləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR