İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsrin gecəsi...Türkiyə dünyaya yenidən doğacaq!

3004 16.02.2023 02:12 Yazarlar A A

Türk milləti gerçəkdən tək ürəyə dönüb. 100 ilin fəlakətindən danışırıq, 6 fevraldan bəri, ürəyimiz göyüm-göyüm göynəyir. 15-16 fevral gecəsi isə bir başqadır, bəlkə də elə əsrin gecəsidir. Yaraların sarındığı gecə...Millətimizin nə qədər böyük ürək sahibi olduğunu televiziya ekranlarından qürurula izləyirik!

Türkiyə, Azərbaycan, Quzey Kipr və digər Türk cümhuriyyətlərinin 200-dən artıq TV-ləri, 600-dən çox radiosu qatılıb bu, möhtəşəm yardım kampaniyasına: “Türkiye-TEK YÜREK!”

Bu gecə Türkün, Türkiyənin nə qədər BÖYÜK olduğuna hamılıqla bir daha şahidlik etməkdəyik. Amma bu böyüklüyə bütün dünya baxır! Marıta yatan düşmənlərimiz güman edirdilər ki, Türk dünyasının güvənc yeri olan Türkiyə bundan sonra ayağa qalxa, yeriyə, yürüyə bilməyəcək...Amma bir gecənin aydınlığı, işığı gözlərini qamaşdırdı şübhəmiz yoxdur! Türkü qaranlıqdan, yerin təkindən çıxaran Bozqurd misalı vardı ha, Ergenekon...21-ci, Türk əsrində yenidən baş qaldırdı millətin içindən, dağıntılar altında qalan Vətən övladlarının ruhu da işıq salmaqdadır artıq məmləkətin qaranlıqlarını aydınlatmaqdan ötrü...

Gecə Türklük üçün, Türkiyə üçün TƏK ÜRƏK şüarı ilə davam edir. Amma Türkiyə tək deyil ki...Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türkiyə ilə yanaşı, Azərbaycan və Quzey Kipr Türk Cümhuriyyətinin adını çəkməsi də birgəliyimizin əyani nümunəsiydi. Amma bu gün Türk cümhuriyyətlərində, dünyanın ən ucqar nöqtələrində yaşayan Türkiyə sevdalıları, qərib türklər də ayaqdadır! 300 milyonluq TÜRK DÜNYASI varlığını Türkiyəyə böyük dəstəyi ilə nümayiş etdirə bilər, bu, həm də böyük bir sınaqdır!

BİZİ DƏRD BİRLƏŞDİRƏCƏK! 21-ci əsrin TÜRK ƏSRİ olması bir daha təsdiqini tapır!

Eyni zamanda Türkün, Türkiyənin bütün dünyaya dost əli uzatdığına hər kəs şahidlik edir. Yurdda sülh, cahanda sülh amaclı Türkiyəmizə dünyanın hər yerindən dəstək gəlir. Qısa zaman çərçivəsində 100 milyard TL-ni keçdi toplanan vəsait...

Şirkətlər qrupu, sənət adamları, futbol ulduzları, sadə insanlar, uşaqlar...Kimi ev, kimi avtomobil almaq üçün topladığı pulunu təqdim edir. Türkiyənin, Azərbaycandan da böyük ərazisini, azı 10 şəhərini yenidən qurmaq üçün yatırım qoyur Türk insanı, türkiyəlilər, TÜRK QÖVMÜNÜN DOSTLARI!

Nə gözəl ki, bu sırada can Azərbaycan da var, olub, bundan sonra da daim olacaq. Dövlətimizin 6 fevraldan bəri qardaş ölkəyə yardımları davam edir. Bugecəki dəstək kampaniyasına ölkəmizin ən böyük şirkəti SOCAR təmsil etdi vətənimizi böyük dəstəyi ilə! SOCAR zəlzələnin ilk günündən ödənişsiz yanacaqla dəstək olur qardaş-bacılarımıza! 100 il əvvəl olduğu kimi, Azərbaycan yenə də qardaş Türkiyənin yanındadır, “qardaş qardaşa borc verməz”-deyərək!

Bu gün hər bir lirənin qiyməti var!!!

Türkiyə yenidən, daha möhtəşəm olacaq, baş verənlərdən dərs çıxarmaqla, xain əməlləri haqq cəzasına layiq bilməklə, buna əminik!

Türkiyə təkbaşına 4-5 milyonluq qaçqını bağrına basdı, onlara Vətən oldu illər boyunca! Avropanın sinəsindən vurub geri itələdiyi vətənsizlərə YURD oldu!

“Türkiye-tekyürek”ə axın edən insanları, ürək sahiblərini izlədikcə gəldiyim qənaət bu: Türkiyəmiz 13-14 milyonluq deprem qurbanlarının da yükünü təkbaşına, azı 60 milyonluq digər bölgələrin insanları olaraq əl-ələ verməklə qaldıra biləcək!

Amma və lakin Türkiyə tək deyil, biz də varıq!

Türkiyənin param-parça olacağını zənn edənlərin də arzusu gözündə qalacaq. Hətta ən sərt mövqedə olan müxaliflər də “TƏK YÜREK” kampaniyasına qoşuldular, vəsait köçürdülər, bu, birliyin nümunəsidir! Türkiyə bu sınaqdan da TƏK ÜRƏKLƏ çıxacaq, bölünməyəcək, xarici təhdidlərə, təhlükələrə birgə çxıacaq, deprem xarabalıqları üzərində yenidən cənnət quracaq, o cənnətdə həyatını itirmiş məsum insanların, şəhidlərin ruhları dolaşacaq...

Yazının yekununda rəqəmlər elan olundu: 114 milyard 609 milyon 214 min TL!!!

Yardım axını isə davam edir. Bu gecə zəlzələ qurbanı olan Türk cocuqları naminə fitrə və zəkat gecəsidir…

Əsrin fəlakətinə əsrin gecəsi ilə cavab verir TÜRKİYƏ! Türkiyə dünyaya yenidən doğacaq! İşıqlı sabahlara doğru can qardaşımız!

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR