İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın XİN başçısı Almaniyaya gedir

401 06.02.2023 11:00 Region A A

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 6-7-də Almaniyada işgüzar səfərdə olacaq.

“Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.

A.Mirzoyan səfər çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok, parlamentin təmsilçiləri və ekspertlərlə görüşəcək.

Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq, Ermənistan-Avropa İttifaqı əlaqələri, Cənubi Qafqazda vəziyyət, Azərbaycanın Laçın yolundakı şəraitlə bağlı məsələlərinin müzakirə olunacağı nəzərdə tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR