İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda növbəti dəfə silahlar işə düşdü

909 29.11.2023 12:11 Region A A


Noyabrın 28-də Lori (Soyuqbulaq) rayonunda qətl hadisəsi baş verib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, Ermənistan Daxili İşlər Nazirliyinin Lori vilayət polis şöbəsinə saat 23:00-da Vanadzor şəhərinin Tiqranyan küçəsində atəş açıldığı, qurbanın olduğu barədə əməliyyat məlumatı daxil olub.

Ünvana gələn polis əməkdaşları hadisə yerində 20-dən çox patron, həmçinin 15-dən çox güllə izi olan “Ford Fusion” markalı avtomobil aşkar ediblər. Avtomobilin içərisindən isə kişi meyiti tapılıb. Müstəntiqlər müəyyən ediblər ki, qətlə yetirilən şəxs 39 yaşlı şəhər sakini Arman Perixanyandır. Bildirilir ki, artıq polisə cinayəti törətməkdə şübhəli bilinən şəxs barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Vanadzor şəhər sakini, 28 yaşlı Karen Piloyan Taron polis bölməsinə aparılıb.

Faktla bağlı cinayət işi başlanıb. Bildirilir ki, bu il sentyabrın 2-də Vanadzorda şəhərin yerli məşhur mağazalarından birinin atəşə tutulması zamanı xəsarət alan iki qadından biri öldürülən Perixanyanın həyat yoldaşı olub.

Perixanyanın kriminal qruplaşma üzvü olduğu bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR