İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda gərginlik: polislə toqquşma baş verə bilər

772 16.02.2023 13:38 Region A A

Bu saatlarda yüzlərlə polis əməkdaşı Ermənistan Müdafiə Nazirliyinin Aştərək (İrəvan və Gümrü arasındakı ərazi) şosesində yerləşən keçmiş binasının yaxınlığında toplaşıb.

Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb. Bildirilir ki, binada məskunlaşan vətəndaşları çıxarmaq üçün giriş qapısını açıblar. Sakinlərdən birinin dediyinə görə, səhər saat 8 radələrində polislər bir neçə avtobusla əraziyə gəliblər. “Bizə dedilər ki, burada qeyri-qanuni yaşayırıq”-sakinlər bildirib.

Hökumətin qərarı ilə Müdafiə Nazirliyinin İrəvan-Əştərək avtomobil yolunun üzərindəki keçmiş binası Dövlət Gəlirləri Komitəsinin tabeliyinə verilib. Həmin ünvan xarici iqtisadi fəaliyyət mərkəzinə çevrilməlidir. Bu günlərdə isə Dövlət Gəlirləri Komitəsi bəzi şəxslərin sözügedən binada icazəsiz məskunlaşması ilə bağlı aidiyyatı qurumlara müraciət edib. Sakinlər yaşayış məntəqəsindən çıxmaq niyyətində deyillər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR