İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və İran birlikdə... - Səfir AÇIQLADI

1433 09.02.2023 19:00 Region A A

“Bizə qarşı hiyləgərlik edirlər, qondarma dəhlizlərdən, hansısa hərəkətlərdən danışılır, amma İran və Ermənistan belə bir dəhlizin yaradılmasına imkan verməyəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri fevralın 9-da “Ermənistan-İran münasibətləri ortaq maraqlar kontekstində” mövzusunda keçirilən müzakirə zamanı deyib.

O, Ermənistan və İranın təşəbbüslərlə çıxış edərək bu istiqamətdə birgə çalışmasının vacibliyini qeyd edib.

“Təşəbbüsün qarşı tərəfdən gəlməsinə imkan verməməliyik və sadəcə ona cavab verməliyik. Əksinə, təşəbbüsü özümüz ələ almalıyıq. Biz baxmalıyıq ki, hansı addımlar atılmalıdır. Hansısa dəhlizin açılması üçün təşəbbüs gözləmək lazım deyil. Biz buna imkan verməməliyik”, - deyə səfir bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR