İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Roma statutundan yan keçməyin çəmini tapıb

779 02.11.2023 14:30 Dünya A A

Ermənistan Rusiya Federasiyasına Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma statutunun (əsasnamə) tələblərindən yan keçməyə imkan verəcək saziş imzalamağa dəvət edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan boldirib.

Arşakyanın sözlərinə görə, Roma statununun ratifikasiyasına bir neçə ay qalmış İrəvan Moskvaya iki ölkə arasında dövlətlərarası hüquqi münasibətləri beynəlxalq strukturların təsirindən çıxarmağa imkan verən ikitərəfli saziş imzalamağı təklif edib.

“Əslində, biz hələ cavab almamışıq, lakin Roma statununun qüvvəyə minməsinə hələ çox vaxt var. Qanuni olaraq, iki ölkəyə aid məsələlər üzrə beynəlxalq məhkəmənin qərarlarının tətbiqini istisna edən razılaşma əldə edə bilərik”, - deyə Ermənistan parlamentinin vitse-spikeri əlavə edib.

Bundan əvvəl Arşakyan bildirib ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu ratifikasiya etmək qərarı Rusiyaya qarşı deyil.

Dövlət Duması isə bəyan etmişdi ki, Putin BCM-nin Roma statununun ratifikasiyası ilə əlaqədar Ermənistana gedə bilməyəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR