İnsanlara hürriyət, millətlərə istiqlal!

ERMƏNİSTAN QARABAĞIN DAŞ KÖMÜR YATAQLARINI TALAMAĞA HAZIRLAŞIR

6998 27.12.2011 08:17 KİVDF layihələri A A
Bununla da köhnə enerji blokunu istismardan çıxarmaq mümkün olub. Lakin prezident Serj Sərkisyan energetika və təbii ehtiyatlar nazirliyinə tapşırıq verib ki, köhnə enerji blokunun yenidən işə salınması imkanlarını araşdırsın. “Bizə elə variant tapmaq tapşırılmışdı ki, köhnə enerji blokunu ən az itkilərlə yenidən işə salmaq mümkün olsun. Nəticədə Mardakert rayonunun Maqavuz kəndi ərazisindəki (Ağdərə rayonunun qədim Çardaxlı kəndini ermənilər bu cür adlandırır-red.) daş kömür yataqlarından istifadə etmək qərara alındı. Məhz bu yataqlardan hər gün İrəvan İES-in köhnə enerji blokuna gündə 2 min ton daş kömür filizi çatdırmaq nəzərdə tutulur. Bu filizdən isə elektrik enerjisinin istehsalı üçün zəruri olan kömürhidrogen əldə ediləcək” deyə, Movsisyan bildirib.
Erməni nazirin bildirdiyinə görə, bu layihə həm maliyyə, həm investisiya və təşkilati baxımdan çox əhəmiyyətlidir. Belə ki, bu cür layihələri dünyada təzə tətbiq etməyə başlayırlar. Movsisyan hesab edir ki, Qarabağdan çıxarılan daş kömür hesabına istehsal edilən elektrik enerjisi sayəsində Ermənistan əlavə enerji gücü əldə edəcək nəticədə onu istər daxili bazarda, istərsə də xaricdə satmaq imkanı qazanacaq. Movsisyan dünyada enerjidaşıyıcılarının qiymətinin artdığı bir vaxtda layihənin əhəmiyyətinin böyük olduğunu da vurğulayıb. Qeyd olunur ki, Qarabağda zəngin daş kömür yataqlarının mövcud olması hələ ötən əsrin 80-ci illərinin sonlarında aparılan geoloji kəşfiyyat işləri nəticəsində təsdiqlənib. Dağlıq Qarabağdakı separatçı erməni rejiminin “baş naziri” Ara Arutyunyan da daş kömür yataqlarının işlənməsinin ermənilərin enerji asılılığını azaldacağını deyib.
Zəruri qeyd: Ağdərə Azərbaycanın zəngin təbii yeraltı və yerüstü sərvətlərlə zəngin ərazilərindən biridir. Rayonun ərazisində zəngin faydalı qazıntı yataqları var. Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 mil- yon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, habelə Canyataq-Gülyataq qızıl yatağı mövcuddur. Sənaye ehtiyatları 38080 min kub metr olan Ağdərə, 6423 min kub metr olan Şorbulaq-I, 2129 min kub metr olan Ridaoera Şorbulaq - II mişar daşı yatağı, 200 min kub metr olan Ağdərə gəc yatağı da düşmənlərə qalıb. İşğal olunmuş ərazilərimizin qızıl yataqları bir qayda olaraq ABŞ-ın, Kanadanın, İsveçrənin, Fransanın iş adamları tərəfindən talan olunur. Ağdərənin Mehmana mis yatağı türkiyəli iş adamı Mehmət Abdullaoğluna satılıb. 2004-cü ildən türk iş adamı Mehmana ərazisindən mis çıxarmaqla məşğuldur. 2005-ci ilin mart ayından iş adamı M. Abdullaoğlu ərazidəki digər mis və qurğuşun yataqlarını da satın alıb. 80-ci illərin sonlarında, Dağlıq Qarabağda erməni separatizminin aktiv fazaya keçməsi ərəfəsində rayonun ərazisində zəngin daş kömür yataqlarının da olduğu aşkarlanmışdı.
Ermənistanın işğal altındakı Azərbaycan ərazilərindən təbii yeraltı və yerüstü sərvətləri talan etməsi yeni məsələ deyil. Lakin Ermənistanın energetika və təbii ehtiyatlar nazirinin açıqlamasından göründüyü kimi, İrəvan bu talançılığı daha da böyütməyə hazırlaşır. Eyni zamanda həmin sərvətlərin İrəvana daşınaraq enerji istehsalına sərf olunacağını nümayişkaranə şəkildə çatdırır. Bugünlərdə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da Azərbaycanın işğal altındakı ərazilərində mis yataqlarının tamamilə talandığını açıqlayıb. Hazırda müxalif Ermənistan Milli Konqresinin üzvü olan Baqratyan deyib ki, Ermənistan ərazisində və Qarabağda mis yataqları yırtıcı templə istismar edilir. Onun sözlərinə görə, hasilat indiki templə davam edərsə 10-15 il sonra Ermənistanda mis yataqları tamamilə tükənəcək. Baqratyan bildirib ki, Ermənistan hakimiyyətindəki oliqarxlar təkcə ölkə ərazisində deyil, Qarabağda da mis yataqlarını amansızlıqla talayıb: “Artıq bizim Dağlıq Qarabağda və Alaverdidə mis yataqlarımız qalmayıb. Bu yataqların ehtiyatı tükənib. Əgər indiki yırtıcılıq dayanmasa, digər yataqları da bu aqibət gözləyir”. Keçmiş baş nazirin bildirdiyinə görə, Qarabağda və Ermənistanda mis yataqlarının talanmasının başında Sünik vilayətinin (Keçmiş Göyçə mahalı-red.) qubernatoru Surik Xaçatryan və alman şirkəti kimi təqdim edilən, əslində isə keçmiş prezident Robert Köçəryana məxsus olan şirkət dayanır. Baqratyan mis yataqlarında ehtiyatların mənimsənilməsinin dayandırılmasını və ehtiyatların gələcək nəslə saxlanılmasını təklif edib.
Xəbər verildiyi kimi, Ermənistan zəngin yeraltı sərvətlərə malik Kəlbəcər rayonunu Ermənistana birləşdirən yeni yolun tikintisinə də başlayıb. Erməni rəsmilər gizlətmirlər ki, bu yolun tikintisi rayonda yeraltı sərvətlərin daha geniş miqyasda talanmasına, daşınıb Ermənistana aparılmasına xidmət edəcək. Yeni yolu Göyçə mahalında dəmir yol stansiyasına birləşdirmək nəzərdə tutulur. Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində təbii sərvətləri bütün dünyanın gözü qarşısında talamasına bu vaxta qədər adekvat reaksiya göstərilməyib. Belə görünür ki, rəsmi Bakı bu talançılıq əməlləri barədə faktları beynəlxalq tribunalarda daha fəal şəkildə qaldırmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR