İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin sədri “Moskvanın əsəbi reaksiyasını” lazımsız hesab edir

1026 28.02.2023 18:12 Region A A

Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin müzakirələrində iştirak edir. Lakin burada əsəbilik nümayiş etdirmək lazım deyil.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, Rusiya heç bir rol oynamaya bilməz. Çünki münaqişə zonasında məhz Rusiya sülhməramlılarının yerləşdirilib.

“Bununla yanaşı, digər aktyorların müsbət bir şey etməyə çalışdığı zaman Moskvanın əsəbi reaksiyasını lazımsız hesab edirəm. Reaksiya böyük bir siyasi qurumun olması lazım olduğundan daha emosionaldır. Məncə, onlar daha sakit və təmkinli olmalıdırlar. Onlar vəziyyəti anlamalı, başa düşməlidirlər ki, Ermənistanın öz maraqları var, Ermənistanın geosiyasi proseslərdən, kiminsə istəyindən, qısqanclığından asılı olmayaraq, həll edilməli olan təhlükəsizlik problemləri var”, - deyə, Alen Simonyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR