İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamenti Ohanyanı toxunulmazlıqdan məhrum etdi

562 08.02.2023 20:20 Region A A

 

Ermənistan parlamenti gizli səsvermə yolu ilə Baş Prokurorluğa “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri, respublikanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət təqibi başlatmağa icazə verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı baş prokurorluq parlamentə 3 müxtəlif maddə üzrə vəsatət təqdim edib.

Birinci vəsatətdə 68 deputat yekdilliklə Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsinə “lehinə” səs verib.

İkinci vəsatət üzrə isə 66 deputat yekdilliklə vəsatəti dəstəkləyib.

Üçüncü təklif üzrə də 68 deputat onun toxunulmazlıdan məhrum olunmasını istəyib.

Müxalifət deputatları səsverməni boykot ediblər.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR