İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan müxalifəti: Paşinyan hakimiyyəti beş ildə hər şeyi məhv etdi

759 09.02.2023 19:41 Region A A

“Hazırkı elitanın hakimiyyətdə olduğu son 5 ildə Ermənistan son 100 ilin hamısından daha çox itki verib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikiri fevralın 9-da “Ermənistan” müxalifət fraksiyasının katibi Artsvik Minasyan səsləndirib.

Onun sözlərinə görə, demokratiyanın inkişafı və ölkənin idarəetmə sistemindəki neqativ təzahürlərin aradan qaldırılması vədləri dalğası ilə hakimiyyətə gələn komandanın gördüyü işlərin nəticəsi dövlət idarəçiliyinin, demək olar ki, bütün sahələrinin tamamilə məhv edilməsi olub.

 İlk zərbənin vətəndaş cəmiyyətinə dəydiyini deyən Minasyan sualı verib: “Ermənistanın vətəndaş cəmiyyəti haradadır? O, məhv edilib. Sarı mətbuatın koordinasiya prinsipləri ilə idarə olunan ölkədə vətəndaş cəmiyyəti ola bilməz. Siz hakimiyyətə söz azadlığını təbliğ edərək gəlmişdiniz. Amma sizin hakimiyyətiniz dövründə media bağlanır, jurnalistlər təqib olunur, hökumət başçısı bütün sistemi məhkəmə prosesləri ilə doldurmağa çağırır”,-deyə Minasyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR