Ermənistanın “Güclü Ermənistan” müxalifət partiyasının lideri, rusiyalı iş adamı Samvel Karapetyan ölkədə müxalif qüvvələrin konsolidasiyası prosesinə başladığını açıqlayıb.
Musavat.com xəbər verir ki, o, müxtəlif erməni KİV-lərinə müsahibəsində ölkədəki müxalif düşərgənin daha sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.
Karapetyan bu məqsədlə koordinasiya şurasının yaradılmasını, ictimaiyyətlə açıq dialoqun qurulmasını və mövcud problemlərin canlı yayımlar vasitəsilə müzakirə edilməsini təklif edib.
Onun sözlərinə görə, seçkilərdən əvvəl bir sıra müxalif qüvvələrlə ortaq mövqeyə gəlmək mümkün olmasa da, hazırkı şəraitdə birləşmə Ermənistan və xalq üçün xüsusi əhəmiyyət daşıyır.
Karapetyan bildirib ki, ölkədəki mövcud vəziyyət müxalifətin fəaliyyətini əlaqələndirməsini və vahid platformada çıxış etməsini zəruri edir.
Musavat.com






