İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan məhkəməsi ölmüş “tuşonka kral”ını məhkum etdi

699 27.11.2023 18:44 Dünya A A

İrəvan şəhərinin Ümumi Yurisdiksiya Cinayət Məhkəməsi “Yerkrapah” Könüllülər Birliyinin keçmiş rəhbəri Manvel Qriqoryan (hazırda ölü) və onun həyat yoldaşı Nazik Əmiryanın işi üzrə hökm elan edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, buna əsasən, onlar bir sıra cinayətləri törətməkdə təqsirli biliniblər.

Hökm qanuni qüvvəyə mindikdən sonra Qriqoryanın 1 milyard 800 milyon dram ( 4 milyon 496 min ABŞ dolları) məbləğində pulu, 8 avtomobili, “Əsgər payı” etiketli daha 8000 ədəd ərzaq, geyim forması və dərman preparatları “Yerkrapa”ya veriləcək. Məhkəmənin qərarı ilə bu iş üzrə zərərçəkmişin hüquqi varisi Q.Torosyana Vaqarşapatdakı yanacaqdoldurma məntəqəsi qaytarılacaq.

Nazik Əmiryandan 101 milyon dramdan çox (təxminən 252 min dollar) pul müsadirə olunacaq, onun hesabları, daşınar və daşınmaz əmlakı hökm icra olunana qədər həbsdə qalacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR