İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistan intihar edir, ABŞ və Azərbaycan..." - SENSASİON AÇIQLAMA

1086 28.11.2023 16:42 Region A A

Qərb üçün regionun ən önəmli ölkəsi Azərbaycandır və ABŞ-la Azərbaycan arasında baş verənlər imitasiyadır, görüntüdür.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Alen Gevondyan danışıb.

Onun sözlərinə görə, bütün bunlar rəsmi İrəvanın xarici siyasət vektorunda Qərbin maraqlarına uğyun dəyişiklik etməsi üçündür.

“Ermənistan üçün geosiyasi manevr sahəsi azalacaq. Böyük oyunçular arasında güc balansı pozulduqda və onlardan birinin təsiri zəiflədikdə, təhlükələr daha açıq xarakter alır. Azərbaycanda enerji layihələrində hansı ölkələrin şirkətləri fəal iştirak edir? Bu maraqlar dəyişməyib. Azərbaycan hərbi əməliyyatlara görə real təzyiq altında qalmadı. Ona görə də Ermənistan “Qərb bizə kömək edəcək” şüarı ilə intihara əl atır”, - ekspert əlavə edib.

O, ABŞ-ın regiondakı fəaliyyətini normal adlandırıb.

“Bu, Rusiyanı postsovet məkanından sıxışdırıb çıxarmaq məntiqinə uyğundur. ABŞ üçün bu prosesdə həmin postsovet ölkələrinin dövlətçiliyini itirməsi əhəmiyyət daşımır”, - deyə Gevondyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR