İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hökuməti Amulsar mədəninin fəaliyyətini niyə bərpa edir?

1597 23.02.2023 14:05 Region A A

Dünən Ermənistan hökuməti “Lydian Armenia” şirkəti ilə “Amulsar” qızıl mədəninin istismarı ilə bağlı 250 milyon dollarlıq paket imzalayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan parlamentdə jurnalistlərlə söhbətində Amulsar mədəninin fəaliyyətinin tezliklə bərpa olunacağını bildirib.

Ermənistanda bu qərara qarşı çıxanlar çoxdur. Xüsusilə ekoloqların fikrincə, həmin mədən bölgənin ekoloji mühitinə dəhşətli dərəcədə ağır zərbə vurur.

Bununla bağlı “Joxovurd” qəzetində xüsusi yazı dərc olunub.

““Lydian Armenia” şirkəti bu müddət ərzində mədən üçün heç nə etməyib, lakin hakimiyyət onun istismarının bərpası ilə əlaqədar sənədlərin imzalanması üçün əlindən gələni edib. Məsələ ondadır ki, hakimiyyət büdcəni doldurduğunu və gəlir qazandıqlarını nümayiş etdirmək istəyir. Sirr deyil ki, Amsulsar mədəninin istismarı məsələsi əvvəllər Cermuk sakinlərinin narazılığına səbəb olub. İndi mədəndə işə başlayan iqtidar da şəhərdə həyatı intensivləşdirmək, orada hər şeyin qaydasında olduğunu göstərmək istəyir, amma əslində, şəhərdə adam azdır, Cermuk demək olar ki, boşalıb”, - deyə, qəzet qeyd edir.

Xatırladaq ki, Amulsar qızıl mədəninin istismarı üçün Ermənistan “Lydian Armenia” şirkətindən 12,5% pay alacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR