İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ətrafında son dərəcə təhlükəli proseslər gedir - Fəlakətlə nəticələnə bilər

1095 28.02.2023 16:50 Region A A

Ermənistan ətrafında son dərəcə təhlükəli proseslər gedir ki, bu da fəlakətə gətirib çıxara bilər: Azərbaycanda, Rusiyada, İranda və Qərbdə həyəcanlı bəyanatlar verilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Alternativ layihələr” qrupunun eksperti, Vahe Ovannisyan yazıb.

WhatsApp Image 2023-02-28 at 13.37.11.jpeg (17 KB)

“Bu prosesi dayandırmaq lazımdır və belə bir fürsət var. Paşinyan (baş nazir – red.) Ermənistan adından “sülh müqaviləsi” prosesinə qarışaraq Qərbi təminat və vasitəçi seçdi. Nikol öz xalqına “sülh” sözünü daxildə satır, ölkədən kənarda isə anti-Rusiya koalisiyasına qoşulub. O, ölkəni təkbaşına ona məlum olan yolla aparır, lakin bu, yalnız alternativ məzmun, gündəm və liderlik böhranı şəraitində mümkündür. Erməni xalqına izah edilmir ki, hakimiyyətin təklif etdiyi “sülh”ün alternativi var və bu, müharibə deyil. Dağlıq Qarabağı təslim etmək variantları yoxdur, bu Ermənistanın sonu deməkdir. Laçın dəhlizinin Qarabağ problemi kimi texniki həlli yoxdur. Problem siyasi sahədədir, ”, - deyə, revanşist ekspert qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR