İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin “aclıq şousu”na Vardanyandan DƏSTƏK - bu dəfə yeməkxana açır

954 15.08.2023 16:25 Qarabağ xəbərləri A A

Çingiz Qənizadə: “Vardanyanın xeyriyyə şousu” heç nəyə təsir etməyəcək”

Ruben Vardanyanın rəhbərlik etdiyi “Artsax Təhlükəsizlik və İnkişaf Cəbhəsi” ictimai hərəkatı yeməkxana açacaq. Hamilələrə, 16 yaşdan kiçik və 65 yaşdan yuxarı insanlara pulsuz yemək veriləcək.

Musavat.com “Hraparak”a istinadən xəbər verir ki, “sosial yeməkxana” xeyriyyə proqramı qida ilə bağlı çətinlikləri yüngülləşdirmək məqsədi daşıyır və ehtiyacı olan soydaşlara gündə bir dəfə yemək imkanı təklif edir. Nəşr yazır ki, təşəbbüs Xankəndi əhalisi tərəfindən birmənalı qarşılanmır.

“Bu yeməyin haradan gəldiyini bilmirəm. Yaxşı olardı ki, bu məhsullar mağazalara aparılsın, insanlar yaş məhdudiyyəti olmadan bir az alıb bütün ailə ilə birgə yesinlər. Hamı yemək istəyir.

Kəndlərdən şəhər sakinlərinə az miqdarda tərəvəz və süd məhsulları gətirilir. Süd turş olur, kəndlilər ondan pendir də edə bilmirlər, çünki duz yoxdur. Yanacaq olmadığı üçün şəhərə getmək də çətindir. Siqaretə əlini uzada bilən kişilər xoşbəxtdir. Keçən gün məktəb binasında kişilərə siqaret paylayırdılar. İnsanlar siqaret növbəsində bir-birini öldürürdülər. Hər biri bir qutu aldı, pasport təqdim edildikdən sonra götürdü. Ən acınacaqlısı isə odur ki, “Artsax” yaşayış məntəqələrindən bir neçə kilometr aralıda yerləşən “Kornidzor”da azərbaycanlıların “Artsax”a buraxmadığı və humanitar fəlakəti bir qədər yumşaldacaq 400 ton humanitar yük var”, - deyə sakinlərdən biri deyib.

Göründüyü kimi, ermənilər “humanitar fəlakət şousu”nu davam etdirməkdə israrlıdırlar.

Bəs görəsən növbəti şou prosesə necə təsir edəcək?

çingiz.jpg (280 KB)

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a açıqlamasında bildirib ki, Laçın sərhəd-keçid məntəqəsindən sərbəst keçən ermənilər müəyyən miqdarda ərzaq daşıya bilirlər.

Onun sözlərinə görə, proseslərin gedişatı göstərir ki, bəzi qüvvələr erməni icmasının Azərbaycana inteqrasiyasına mane olacaqlar: “Araik Arutyunyan və başqa separatçılar prosesin qarşısını almağa çalışırlar. Vardanyanın “xeyriyyə şousu” heç nəyə təsir etməyəcək. Onların məqsədi əvvəlki kimi Laçın yolundan sərbəst istifadə etmək, yoxlanış olmadan bölgəyə “humanitar yük” adı altında silah daşımaqdır. Düşünürəm ki, bu cür şouların heç bir nəticəsi olmayacaq. Bölgədəki mülki əhali Azərbaycana inteqrasiya olunacaq”.

Çingiz Qənizadə hesab edir ki, Ermənistan sülh müqaviləsi imzalamağa məcbur ediləcək: “Beynəlxalq təşkilatlarda, mediada ermənilərə ciddi dəstək müşahidə olunur. Azərbaycanın atdığı addımlar beynəlxalq hüquq və normalara uyğundur. Bu normaların tətbiqi digər dövlətlər üçün də məqbul hesab olunub, çünki hər birinin ərazisində sərhəd-keçid məntəqəsi var”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR