İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: "Ermənistanda hüquqi terror həyata keçirilir"

710 10.02.2023 18:27 Region A A

“Ermənistan hakimiyyəti ictimaiyyətin diqqətini gündəmdəki mühüm məsələlərdən, Ermənistanın üzərindən asılan təhdidlərdən yayındırmağa, ictimai şüuru manipulyasiya etməyə çalışır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri müxalifətdə olan “Ermənistan” blokunun üzvü, deputat Elinar Vardanyan deyib.

Onun sözlərinə görə, Ermənistanda məhkəmə-hüquq sistemi böhran içindədir və əsas problem onun hakimiyyətin iradəsinə xidmət edə biləcək dərəcədə siyasiləşməsidir.

“Sistem sifarişi yerinə yetirən ayrıca bir quruma çevriləndə bu, o deməkdir ki, ciddi problemlər yaranıb və hüquqi terror təkcə ictimai xadimlərə, müxalifətçilərə deyil, hər kəsə təsir edə bilər. Ermənistan vətəndaşı qanuni terrordan qorunmur. Hakimiyyət ictimaiyyəti inandırmağa çalışır ki, Ermənistanda ciddi qanun pozuntuları törədilib və onlar cəmiyyəti xilas etməyə gəliblər. Lakin reallıq başqadır - hakimlərin hüquqları ciddi şəkildə pozulur, hakimiyyət orqanları prokurorluqdan alət kimi istifadə edir”, - deyə Vardanyan söyləyib.

Xatırladaq ki, Ermənistan parlamenti “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri, Qarabağ canisi Seyran Ohanyan və həmin siyasi qüvvədən olan deputat Armen Çarçyanı deputat toxunulmazlığından məhrum edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR