İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Ermənistan hakimiyyəti odun üstünə yağ tökür”  

915 13.02.2023 18:07 Region A A

“Paşinyan iqtidarı hazırda odun üstünə yağ tökməklə məşğuldur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan jurnalistlər üçün təşkil etdiyi brifinqdə bəyan edib.

Erməni deputat Rusiya tərəfinin Aİ missiyasının mövcudluğundan narazı olması ətrafında gedən müzakirələri şərh edib.

Müxalif siyasətinin sözlərinə görə, istənilən Ermənistan hakimiyyətinin konkret vəzifəsi var - Qərblə Rusiya arasında qarşıdurmanın içinə çəkilməmək. “Bizim problemimiz ondan ibarətdir ki, bütün proseslər Rusiya ilə Qərb arasında dərin münaqişə fonunda baş verir. Hakimiyyət orqanlarının açıqlamaları hansı məqsədlər güddüklərindən asılı olmayaraq çox vaxt alovun üzərinə yağ tökür.. Vəziyyət kulminasiya nöqtəsinə gəlib çatıb. Erməni cəmiyyəti AB-nin missiyasına “onun görəcəyi  funksiyalar” kontekstində deyil, “Rusiya ilə Qərb arasında qarşıdurmanın növbəti mərhələsi” olaraq gözdən keçirir”, - deyə Abramyan bildirib.

Erməni deputatın fikrincə Ermənistan hakimiyyəti AB missiyasını ölkənin bilavasitə təhlükəsizliyinin təmin olunması kontekstində deyil, “Azərbaycanın Rusiya ilə birgə hücum planlarının qarşısını alınması” nöqteyi-nəzərindən qiymətləndirir.

“Paşinyan iqtidarı Ermənistanı Rusiya ilə Qərb arasında mübarizəyə cəlb etmək üçün əlindən gələni edir, bunun nəticəsində onun qalib gəlmək şansı olmayacaq”, - deyə Tiqran Abramyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR