İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan SON DƏQİQƏ açıqlaması: "O adlarla VİDALAŞACAĞIQ"

1302 29.11.2023 13:34 Region A A

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə yerli seçkilərlə bağlı Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Mərkəzi İdarə Heyətinin toplantısı keçirilib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, iclasda 2024-cü ildə keçiriləcək yerli seçkilər müzakirə edilib.

Prezident Ərdoğan öz heyətinə namizədlərlə bağlı göstəriş verib:

"Layiqli, təmiz, millətin sevdiyi, hörmət etdiyi namizədləri seçək. Mütləq gedəcək insanlar da olacaq. Bölgədə analoqu olmayan dostlarımızla vidalaşacağıq. Biz incitmədən yollarımızı ayıracağıq".

O qeyd edib ki, proses birlikdə həyata keçirilməlidir:

“AK Partiya ilə yolları kəsişən hər kəsi sona qədər davamıza dəstək olmaq üçün səfərbər edək".

Məlumata görə, AK Partiyadan bu günə qədər 6 min 575 namizəd müraciət edib. Partiya yaxın günlərdə prezident Ərdoğanın başçılığı ilə yekun namizəd siyahıları üçün yüksək komissiya yaradacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR