İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan gözlənilməz sual: Jurnalistlə dialoqu GÜNDƏM OLDU - VİDEO

1674 11.06.2026 08:39 Dünya A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə partiyasının qrup toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.

Musavat.com xəbər verir ki, bu zaman Ərdoğanla ona sual ünvanlayan qadın müxbir arasında hər kəsin diqqətini çəkən maraqlı dialoq yaşanıb.

Qadın jurnalist yeni dünyaya gələn nəvəsi münasibətilə Türkiyə liderinə "Allah analı-atalı böyütsün" deyərək təbriklərini çatdırıb.

Müxbirin bu xoş sözlərinə qarşılıq olaraq Ərdoğan ondan "Sən evlisən?" deyə soruşub.

"Xeyr" cavabını alan Ərdoğan jurnalist xanımın yaşını soruşub və ardınca ona subaylıqla bağlı "Qapını bağlama" (bəxtini bağlama) tövsiyəsini verib.

Dövlət başçısının bu səmimi və zarafatyana məsləhəti ətrafdakılar tərəfindən təbəssümlə qarşılanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR