İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Türkiyədə prezident seçkilərinin vaxtının dəyişdiriləcəyi iddiasına münasibət bildirib

1000 04.01.2023 16:24 Siyasət A A

“Sular durulmadan seçkilərin tarixini konkret müəyyənləşdirmək olmaz”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinin mümkün olub-olmaması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

O bildirib ki, ictimai rəydə olan hər şey hakimiyyətin gündəmindədir: “Çünki biz işimizi ictimai rəyi uyğun qururuq”.

Qeyd edək ki, daha əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop söyləmişdi ki, gələn il iyunun 18-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının qabağa çəkiləcəyi istisna deyil.

Xatırladaq ki, iddialara görə seçkilər aprelin 30-da, mayın 7-də və mayın 14-də keçirilə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR