İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Trampla danışdı: Suriya, Qəzza və İŞİD gündəmdə

877 21.01.2026 03:22 Son xəbər A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, telefon söhbəti zamanı Türkiyə–ABŞ münasibətləri ilə yanaşı, regional və qlobal proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ərdoğan Suriyanin birliyi və ərazi bütövlüyünün əsas prinsip olduğunu vurğulayıb, Türkiyənin bu ölkədə baş verən prosesləri diqqətlə izlədiyini qeyd edib. Tərəflər eyni zamanda İŞİD-lə mübarizə və Suriyada saxlanılan İŞİD üzvlərinin mövcud vəziyyətini müzakirə ediblər.

Danışıqlarda Qəzza zolağında sülhün təmin olunması istiqamətində atılan addımlar da gündəmdə olub. Ərdoğan Türkiyənin bu məsələdə ABŞ-la koordinasiyalı şəkildə işləməyə hazır olduğunu bildirib və Trampın Qəzza üzrə Sülh Şurasına dəvətinə görə təşəkkür edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR