İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan onu “Qərbin qəhrəmanı” ADLANDIRDI FOTO

1635 08.12.2023 15:59 Region A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan səfərindən qayıdarkən təyyarədə gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

Musavat.com "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri verdiyi açıqlamada İspaniya baş naziri Pedro Sançesi Qəzza hadisələrinə qarşı tutduğu mövqe ilə bağlı "Qərbin ən cəsur adamı" adlandırıb.

Onun açıqlamalarında aşağıdakı ifadələr yer alıb:

"İspaniyanın baş naziri Sançes həqiqətən də Qərb liderləri arasında ən cəsuru oldu. Bütün problemlərə baxmayaraq, Sançes irəli getdi və Avropa Birliyi ölkələri tərəfindən Fələstini tanımaq əzmini nümayiş etdirdi. İspaniya Sançeslə "Mən Fələstinin Avropa Birliyi tərəfindən tanınması üçün təklifimi verəcəm" deyəcək qədər cəsarətli çıxdı. Ona görə də onu alqışlayıram".

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR