İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Bağçalı ilə birlikdə Hataya gedib

563 12.03.2023 18:15 Son xəbər A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan araşdırmalar aparmaq üçün fevralın 6-da baş verən zəlzələdən zərər çəkən Hatay şəhərinə gedib.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, səfər zamanı Ərdoğanı MHP sədri Dövlət Bağçalı müşayiət edib.

Bölgədəki Kırıkhan Stadionunun yanındakı çadır şəhərciyi ziyarət edəcək Ərdoğanın Samandağda muxtarlar və ictimaiyyət nümayəndələri ilə görüş keçirəcəyi gözlənilir.

Prezident Ərdoğanın Antakyada Qətərdən gələn konteynerlərin quraşdırıldığı əraziyə və Defnedəki konteyner sahə xəstəxanasına da baş çəkəcəyi bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR