İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən böyük QAYIDIŞ

1475 27.12.2022 14:10 Yazarlar A A

Qərbi azərbaycanlılar ata-baba torpaqlarına qayıdacaq...

2010-cu il, 6 iyul. Prezident İlham Əliyev Qarabağın Azərbaycanlı İcmasının mənzil-qərərgahının açılışında iştirak edirdi:

- “Bu, sizin üçün müvəqqəti qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni, gözəl binalar Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır”.

WhatsApp Image 2022-12-27 at 13.48.02.jpeg (182 KB)

*

2022-ci il, 24 dekabr. Artıq iki ildir Qarabağda böyük zəfər əldə olunub. Dünya Cənubi Qafqazda, Qarabağ iqtisadi rayonundan keçən dünya əhəmiyyətli Şərqi Zəngəzur layihəsində əməkdaşlıq üçün Azərbaycanın liderliyini qəbul edir. Dünyada və beynəlxalq təşkilatlarda erməni cinayətləri, korrupsiya əməlləri, rüşvətxorluğu ifşa olunur. Azərbaycan Prezidenti isə dekabrın 24-də, öz doğum günündə, Qərbi Azərbaycan İcmasının yeni təmir olunan binasının açılışını edir. Buna qədərsə 2022-ci ilin Yeri avqustda Azərbaycan Qaçqınlar Cəmiyyəti, Qərbi Azərbaycan İcmasına çevrilib. Qərbi Azərbaycan İcmasına yeni, böyük, təmirli bina ayrılması siyasi, tarixi əhəmiyyətli hadisədir. Nəzərə alınsa ki, təmir işlərinə qədər indi İcmaya verilən binada əvvəl Qarabağın Azərbaycanlı İcması yerləşib, daha aydın mənzərə görmək olur. Deməyə əsas var ki, qarşıda daha böyük hədəflər dayanır. Qərbi Azərbaycan məsələsi növbəti dövr üçün Azərbaycan dövlətinin prioritet məsələlərindəndir. Tarixin müxtəlif dönəmlərində məruz qaldıqları kütləvi qırğınlara, deportasiyalara baxmayaraq, qərbi azərbaycanlılar sülh yolu ilə öz doğma torpaqlarına qayıdacaqlar. Bunu həm tarix, həm də yeni dünya düzəni tələb edir.

*

...“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir. Tarixi xəritələr təsdiqləyir. Bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”. Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycanlı İcmasının nümayəndələri ilə 2022-ci il dekabrın 24-də keçirdiyi görüşdə söyləyib.

WhatsApp Image 2022-12-27 at 13.48.01.jpeg (1024 KB)

*

...1918-ci ildə İrəvanın faktiki olaraq Ermənistana bağışlanması qiymətli siyasətçiləri olmasına rəğmən, Azərbaycan Xalq Cümhuriyyətinin böyük səhvi idi. Bu səhvin ardınca, 1920-ci ildə sovet hökumətinin qərarı, erməni millətçilərinin təkidi ilə Azərbaycanın tarixi ərazisi Zəngəzuru da kütləvi qırğınlar bahasına Ermənistana birləşdirdilər. Sonra Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün addım atıldı. Bundan başqa, qərbi azərbaycanlılar 1948-1953-cü illərdə də faciə yaşadı. Mingəçevirdə su anbarı tikib, ərazidə münbit torpaqlarda pambıq becərilməsi bəhanəsi ilə Stalin və erməni kilsəsi siyasətbazlarının əli ilə 140 mindən çox azərbaycanlı, başqa sözlə, 8000 mindən çox ailə Ermənistanda yaşadıqları dağlıq rayonlardan Azərbaycanın aran və yaşayış, infrastruktur olmayan bölgələrinə deportasiya edildi. Nəticə belə oldu ki, cəmi 3000 ailənin üzvü iş və evlə təmin edildi, qalanlar taleyin ümidinə buraxıldı, əksəriyyət isti havadan, aclıq, xəstəlik, çirkab və işsizlikdən məhv oldu. Azərbaycanlıların Qərbi Azərbaycandan son deportasiyası 1980-ci illərə təsadüf edir. Azərbaycanın milli maraqlarının israrlı müdafiəçisi, Ümummili lider Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm də onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdi, Qərbi Azərbaycanın yüzlərlə şəhər və kəndindən yüz minlərlə azərbaycanlı deportasiya edildi. Bunun ardınca Qarabağın və Şərqi Zəngəzurun işğalı reallaşdı.

İndi Azərbaycan üçün tarixdən dərs alıb, gələcəyini sürətlə və milli kadrları ilə qurmaq zamanıdır. Tarixə baxıb Qərb, Avropa, Şimal, Cənubla bağlı eyni səhvləri təkrarlamağı dünya nə Azərbaycana, nə də onun xalqına bağışlayar. Uzun zamandır ki, Azərbaycanın mövqeyi və əli indiki qədər möhkəm olmayıb. İndi soyuqqanlılıq, prinsipiallıq, milli maraqların əldə əsas tutulması son dərəcə vacibdir. Azərbaycanın siyasi lideri məhz bu addımları atır. Qarabağ zəfərinin ardınca çox ağır bir prosesə start verdiyini 2022-ci ildə paytaxt Bakıda, dekabrın 24-də elan etdi. Qərbi azərbaycanlıların tarixi qayıdışı prosesinə start verilir. Azərbaycan Qarabağa qayıtdı. Şərqi Zəngəzurda və Qərbi Azərbaycanda da möhkəmlənəcək. Daha sonra bütün millətlərdən olan vətəndaşları ilə gələcəyə gedəcək. İçindəki və xaricindəki dostu, düşməni də dəqiqi tanıyıb, ona münasibətdə bütün sahələr üzrə məsafələri qoruyacaq. Dünyada başqa cür var olmaq mümkün deyil. Çünki buna qədər olduğu kimi, bundan sonra da keçmiş ATƏT-in Minsk qrupu ölkələri, Avropa Parlamentindəki “Ermənistanın dostları” korrupsioner qrupu, UNESCO-dakı erməni rəhbərləri, BMT-dəki erməni maraqlıları anti-Azərbaycan mövqelərindən çəkinməyəcəklər. Hazırda proses onların xeyrinə olmasa da, tarix sürprizlərlə doludur, Azərbaycan hətta 500 illik tarixini qarantiyaya almağı planlamalıdır. Gedişat göstərir ki, bu qarantiya mövcuddur. Sadəcə vətəndaşlı, məmurlu işləmək, milli mövqeləri milli kadrlarla qorumaq vacibdir. Çünki “bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni bu, doğrudan da tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca, Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz!”

f54cdfcd-14d5-3a99-8050-09ade80fb53a.jpg (130 KB)

*

İndi Azərbaycanın iki milli məsələsi var...

Birincisi, Qarabağ iqtisadi rayonu üzrə təbii sərvətlərin talanmasının qarşısını almaq;

İkincisi, qərbi azərbaycanlıların məruz qaldığı kütləvi qırğınların, soyqırımların, deportasiyaların dünyaya çatdırılması işi.

Bunun üçün ciddi ideoloji kurs və təbii ki, milli konsepsiyanın yazılması şərtdir. Çünki Qərbi Azərbaycanla bağlı dünyanın məlumatlandırılması üçün sərgilər, konfranslar, beynəlxalq təşkilatlara müraciətlər, tarixi faktların aşkarlanıb üzə çıxarılması, təqdim olunması, nüfuzlu dünya təşkilatları ilə əlaqələri genişləndirmək, müxtəlif dillərdə tarixi kitabların hazırlanmasına başlamaq artıq şərtdir. Bu, nəhəng bir ideoloji və bu işə görə konsepsiyanın hazırlanmasından keçir: “Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur”.

Jalə Mütəllimova

WhatsApp Image 2022-12-27 at 14.15.00.jpeg (52 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR