İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən böyük PUA hücumu başladı: 75 dron eyni anda havaya qalxdı

3260 26.11.2023 09:30 Dünya A A

Rusiya müharibə başlayandan bəri Ukraynanın paytaxtı Kiyevə ən böyük pilotsuz təyyarə hücumu həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna ordusu açıqlayıb.

Bildirilir ki, Rusiya dünən səhər saatlarında paytaxt və ətrafına İran istehsalı olan 75 “Shahed” pilotsuz təyyarəsi göndərib.

Pilotsuz təyyarələrdən 74-ü Ukraynanın hava müdafiə sistemləri tərəfindən məhv edilib. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, hücumda biri 11 yaşlı uşaq olmaqla, en azı 5 mülki şəxs yaralanıb, vurulan PUA-lardan düşən hissələr uşaq bağçası da daxil olmaqla bir çox binaya ziyan vurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR