İnsanlara hürriyət, millətlərə istiqlal!

Elm və Təhsil Nazirliyində yeni TƏYİNAT

4070 04.10.2023 18:52 Təhsil A A

Elm və Təhsil Nazirliyində yeni təyinat olub.

"Report"un əldə etdiyi məlumata görə, müvafiq əmrlə Turxan Süleyman Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, şöbə müdiri vəzifəsinə müvəqqəti icraçı təyin olunub.

Qeyd edək ki, 35 yaşlı şöbə müdiri Bakı Slavyan Universitetinin bakalavr, Bakı Dövlət Universitetinin magistratura və doktorantura məzunudur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim və şöbə müdiri vəzifəsində çalışıb.

O, həmçinin "Yüksəliş" müsabiqəsinin qalibidir.

Məlumat üçün bildirək ki, bundan əvvəl həmin vəzifənin icrası Yaqub Piriyevə həvalə olunmuşdu. O, Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Mühəndislik Universitetinə rektor təyin edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR