İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlizadə Aysel Alim qızının seçki qərargahından xəbər var

3682 17.10.2015 12:03 Gündəm A A


8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Əlizadə Aysel Alim qızının seçki qərargahında komandanın gərgin işi davam edir. Bu haqda qərargahdan musavatşcom-a bildirilib. A.Əlizadə növbəti dəfə qərargahda könüllülərlə görüşüb, qarşıda duran məsələləri mükazirə edib. Könüllülər A.Əlizadəyə dəstək olduqlarını bildiriblər.   

Qeyd edək ki, Əlizadə Aysel Alim qızı 1980-ci ildə Bakıda doğulub. 31 saylı orta məktəbdə təhsil alıb. Bakı Dövlət Universitetini bitirib. Mediada karyerasına ABA TV-də teleaparıcı kimi başlayıb. Space, Lider, ATV, İTV telekanallarında müəllif və aparıcı kimi çalışıb. Şairə, nasir, publisist, tərcüməçi kimi tanınır. Vaxtaşırı mətbuatda və saytlarda geniş rezonans doğurmuş yazılarında və ictimai fəaliyyətində cəmiyyətin problemlərini işıqlandırır, təkliflər verir, insanları narahat edən məsələlərə diqqət çəkir və həllinə çalışır.  

“Media Açarı” mükafatçısı, Prezident təqaüdçüsüdür. Səkkiz kitabın müəllifidir: “Ora” (hekayələr), “Doğulacaq qadın” (şeirlər), “Göy Qurşağı” (esselər), “Erkəklər” (roman) , “Təkliyə düzəliş” (şeirlər), “Azad” (akademik Azad Mirzəcanzadə haqda  portret), “Qadın peyğəmbər” (roman).  

Yazarın iki kitabı Türkiyə türkcəsinə çevrilərək İstanbulda yayınlanıb: “Beyaz kürk” (hekayələr), “Erkəklər”. 

Ankara və İstanbulda kitablarının təqdimatı keçirilib. Aysel Əlizadə dilimizə dörd kitab çevirib: Oşo “Qadınların kitabı”, Oşo “ Kişilərin kitabı”, Aqata Kristi “Qolf meydançasında qətl”, Andrey Platonov  “Kotlovan”.

Evlidir, bir qızı var. 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR