İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlcəzairdən Fransaya tələb: Siyahı təqdim olundu

881 28.05.2024 01:08 Dünya A A

Əlcəzair rəsmiləri müstəmləkəçilik dövründə ölkədən çıxarılan və geri qaytarılmalı olan mədəni sərvətlərin siyahısını Fransaya təqdim ediblər.

Məlumata görə, mədəni sərvətlərin siyahısı iki ölkənin tarixçilərinin birgə komissiyasının iclasında təhvil verilib.

Siyahıya müxtəlif Fransa muzeylərində saxlanılan artefaktlar daxildir. Onlar 1830-cu ildə Fransanın Əlcəzairi müstəmləkələşdirməsinin başlanğıcından 1962-ci ildə Müstəqillik Müharibəsinin sonuna qədər olan dövrdə ölkədən çıxarılıb.

Bu ayın əvvəlində Əlcəzair Prezidenti Əbdülməcid Təbbun bəyan etmişdi ki, "mədəni irs məsələsi güzəşt və kompromis mövzusu olmamalıdır". Onun sözlərinə görə, Əlcəzair bu məsələlərin "obyektiv baxılmasını" gözləyir.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR