İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏHALİNİN DİQQƏTİNƏ! Manatın məzənnəsi...

18638 21.10.2023 03:32 İqtisadiyyat A A

Azərbaycanın İqtisadiyyat Nazirliyi makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürüb.

Bu Maliyyə Nazirliyinin dərc etdiyi "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir ki, "İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb. Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabit qalmasını dəstəkləyəcəkdir". Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-nin real ifadədə 0,3 faiz azalacağı gözlənilir. Mövzunu millət vəkili Vüqar Bayramov Referans.az-a şərh edib.

“Manatın məzənnəsi ölkəyə daxil olan valyutadan birbaşa asılıdır. Ümumiyyətlə milli valyutanın məzənnəsi ölkədəki valyuta bazarında olan xarici pulun həcmindən asılı olaraq müəyyənləşir. Burada təbii ki, tələb-təklif çox önəmlidir. Azərbaycanda manatın məzənnəsi birbaşa olaraq Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Nəzərə alsaq ki, Azərbaycan üzən məzənnə rejiminə keçməyib, ona görə də manatın məzənnəsində Mərkəzi Bankın rolu kifayət qədər böyükdür. Üzən məzənnə rejimində valyuta bazarındakı tələb təklifin birbaşa təsirləri olur. Bu baxımdan bütövlükdə gözlənti ondan ibarətdir ki, növbəti dövrlərdə manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olaraq dəyişiləcək. Ölkəyə daxil olan valyutanın həcmi, o cümlədən, neftin qiyməti manatın məzənnəsinə təsir göstərən əsas faktorlar olaraq qalmaqdadır və növbəti dövrlərdə də məhz bu faktorlar əsasında milli valyutanın məzənnəsinin müəyyənləşəcəyi gözlənilir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR