İnsanlara hürriyət, millətlərə istiqlal!

Edqar Qazaryan: "Rusiya üçün Ermənistan deyil, Azərbaycan önəmli ölkəyə çevrilib"

1317 06.02.2023 18:23 Region A A

Ermənistan hakimiyyətinin apardığı siyasət nəticəsində Azərbaycan Rusiya üçün regionda əsas müttəfiqə çevrilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan deyib.

“Rusiyanın Cənubi Qafqazda həmişə öz maraqları olub, var və məncə, olacaq. Bu maraqları həyata keçirmək üçün Rusiyaya tərəfdaş ölkələr lazımdır. Son vaxtlara qədər Ermənistan ənənəvi olaraq Rusiyanın regionda ən etibarlı tərəfdaşı idi”, - deyə, müxalifət lideri bildirib.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamaları nəzərə alınsa, görmək olar ki, Rusiya üçün artıq Ermənistan deyil, Azərbaycan regionda önəmli ölkəyə çevrilib.

“Rusiya regionu tərk edə bilməz və indiki şəraitdə Azərbaycan onun müstəsna tərəfdaşına çevrilir. Bu kontekstdə Rusiya tərəfi bölgədə siyasətini İrəvanın yox, Bakının maraqlarını nəzərə alaraq quracaq”, – deyə, Qazaryan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR