İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən güclü orduları - Azərbaycan neçənci sıradadır?

1590 26.01.2026 18:59 Dünya A A

2026-cı il üzrə “Global Firepower” reytinqinin nəticələrinə əsasən, hərbi güc göstəricilərinə görə dünyanın ən güclü dövləti ABŞ-dir.

Musavat.com xəbər verir ki, siyahıda ikinci yerdə Rusiya qərarlaşıb.

Reytinqə görə ilk onluğa Çin, Hindistan, Cənubi Koreya, Fransa, Yaponiya, Böyük Britaniya, Türkiyə və İtaliya daxildir. Bu ölkələr hərbi büdcə, canlı qüvvə, texnika, hava və dəniz potensialı kimi əsas göstəricilər üzrə ön sıralarda yer alıblar.

Region ölkələrinə gəlincə, Azərbaycan siyahıda 60-cı pillədə qərarlaşıb. İran 16-cı yerdə göstərilib. Gürcüstan 95-ci, Ermənistan isə 101-ci mövqedə yer alıb.

Keçmiş SSRİ ölkələrinin “Global Firepower” reytinqində mövqeləri (2026):

Rusiya — 2-ci yer

Ukrayna — 18-ci yer

Qazaxıstan — 58-ci yer

Azərbaycan — 60-cı yer

Özbəkistan — 65-ci yer

Belarus — 66-cı yer

Türkmənistan — 77-ci yer

Litva — 83-cü yer

Latviya — 92-ci yer

Gürcüstan — 95-ci yer

Estoniya — 96-cı yer

Ermənistan — 101-ci yer

Moldova — 105-ci yer

Qırğızıstan — 110-cu yer

Tacikistan — 112-ci yer

Qeyd edək ki, “Global Firepower” reytinqi hər il 140-dan çox ölkənin hərbi potensialını 50-dən artıq meyar — hərbi büdcə, şəxsi heyət, silahlanma, logistika imkanları, sənaye bazası və coğrafi amillər əsasında qiymətləndirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR