İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada hər 9 milyarderdən biri... - ARAŞDIRMA

1333 01.11.2023 17:00 Maraqlı A A

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri "Forbes"in milyarderlər siyahısına daxil edilmiş 2072 nəfərin siyasi həyatda iştirakını təhlil ediblər.

Musavat.com xəbər verir ki, nəticələr "Perspectives on Politics" jurnalında dərc olunub.

Onlar müəyyən ediblər ki, bu insanların siyasi ambisiyaları, müxtəlif seçkilərdə qələbələri var və ideoloji cəhətdən sağçılara meyllidirlər.

Tədqiqatçılar dunyada siyasətə girmək istəyən milyarderlərin ümumi sayını 11,7 faiz (2072-dən 242 nəfər), yəni hər doqquz nəfərdən birini müəyyən edib.

Belə adamların siyasi təşkilatlarda iştirakını nəzərə alsaq, rəqəm daha da yüksək olacaq.

"Naked Science"in məlumatına görə, avtokratiyalarda milyarderlərin siyasi həyatda iştirak səviyyəsi orta hesabla 29, demokratik cəmiyyətlərdə isə 5 faizə yaxındır. Eyni zamanda, çinli milyarderlərin siyasətdəki payı 36 faiz (dünyada ən yüksək göstərici), ABŞ-da isə 3,7 faiz təşkil edir.

Tədqiqatçıların fikrincə, zəngin insanların siyasi həyata marağı ölkədəki rejimin növündən asılıdır. Məsələn, avtokratiyalarda zəngin insanlar sərvətlərini itirmək üçün hakimiyyətə sədaqət nümayiş etdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR