İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya üçün HƏYƏCANLI DƏQİQƏLƏR - Onun çıxışı hər şeyi dəyişə bilər

4054 03.11.2023 15:38 Dünya A A

"Hizbullah" lideri Həsən Nəsrullahın bu gün gözlənilən çıxışı ərəfəsində İsrail ordusu Livan sərhədində yüksək döyüş hazırlığına keçib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, İsrail ordusu şimal sərhədində yüksək səviyyədə hazırlıq elan edib və İranı günahlandırıb.

HƏMAS-ın oktyabrın 7-də səhər saatlarında başlatdığı "Əl-Əqsa tufanı" əməliyyatına cavab verən İsrail 28 gündür Qəzzanı bombalayır. 9 mindən çox fələstinli həyatını itirib.

"Hizbullah" lideri Həsən Nəsrullahın bugünkü çıxışında verəcəyi mesajlar maraq doğurur.

Təhlilçilərin fikrincə, Nəsrullahın deyəcəkləri münaqişənin gedişatını müəyyən edə bilər. Hərbi ekspertlər deyirlər ki, Həsən Nəsrullah İsrailə hücumların artacağını elan edərsə, bu, regional gərginliyi tamamilə poza bilər.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR