İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya ŞOKDA - 37 ildən sonra HƏRƏKƏTƏ KEÇDİ

2748 24.11.2023 17:52 Dünya A A

1986-cı ildə Antarktika sahil zolağından qoparaq Veddell dənizində quruya düşərək "buz adasına" çevrilən "A23a" adlı aysberq 37 ildən sonra hərəkət etməyə başlayıb.

Musavat.com-un Türkiyə mediasına istinadən xəbərinə görə, mütəxəssislər bildirirlər ki, aysberqin hərəkəti Cənubi Corciya adasında yaşayan heyvanlar üçün problemlər yarada bilər.

İngilis Antarktika Tədqiqat Qrupunun üzvü Endryu Fleminq aysberqin zaman keçdikcə kiçildiyini və hərəkət etməyə başladığını bildirib. O, 2020-ci ildə aysberqin ilk hərəkətini müşahidə etdiyini qeyd edib. Fleminqin sözlərinə görə, "A23a" son aylarda küləyin və cərəyanların təsiri ilə sürətlə hərəkət edib və artıq Antarktika yarımadasının şimal hissəsindən keçib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu durum adada suitilər, pinqvinlər və digər heyvanlar üçün problem yarada bilər.

Dünyanın ən böyük aysberqi kimi tanınan "A23a" təxminən 4 min kvadratkilometr səth sahəsinə və 400 metr qalınlığa malikdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR