İnsanlara hürriyət, millətlərə istiqlal!

DSMF-də MÜHÜM müzakirə FOTO

1480 11.10.2023 17:08 Sosial A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitinin investisiyaya yönəldilməsi məqsədilə Nazirlik tərəfindən yaradılmış İnvestisiya Şurasının növbəti iclası olub. 

Musavat.com xəbər verir ki, şuranın tərkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələri daxildirlər.

İclasda Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər aparılan ardıcıl sosial islahatların DSMF-ni də əhatə etdiyini bildirib. Fondun fəaliyyətində  optimal və mərkəzləşmiş iş mexanizmlərinin, innovativ həllərin tətbiqi işləri, sosial sığorta daxilolmalarında artımlar qeyd edilib. 

Dövlət başçısının bu ilin aprel ayında imzaladığı qanunvericilik aktları ilə DSMF-nin sərbəst vəsaitini (Fondun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) investisiyaya yönəltmək imkanına malik olmasının önəmi vurğulanıb.  Bu addımın Fondun sərbəst vəsaitlərinin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasında  əhəmiyyəti, həmin investisiya gəlirlərindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsində, işğaldan azad edilmiş ərazilərimizdə sosial infrastrukturun yaradılması xərclərində də istifadə edilməsinin nəzərdə tutulduğu vurğulanıb.

İclasda ötən dövrdə sərbəst vəsaitin maliyyə alətlərinə uğurla investisiya edildiyi qeyd olunub, bu sahədə görülən işlər və investisiya fəaliyyətinin davam etdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR