İnsanlara hürriyət, millətlərə istiqlal!

“Diplomatik xidmət haqqında” Qanuna mühüm dəyişikliklər

498 27.12.2022 18:09 Siyasət A A

Milli Məclisdə “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” qanun layihələri müzakirə olundu.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, “Sosial sığorta haqqında” qanunun 15-ci maddəsinə təklif olunan dəyişikliyə görə, Azərbaycan Respublikasının səfirik və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına və inzibati-texniki xidməti həyata keçirən şəxslərə ödənilən müavinətlərdən, kompensasiyalardan və dövlət məvacibinə tətbiq edilən əmsalların məbləğindən məcburi dövlət sosial sığorta haqqı tutulmur. Komitə sədri dedi ki, “Diplomatik xidmət haqqında” Qanunun 21 və 23-cü maddələrinə isə 13 dəyişiklik təklif olunur. 

Belə ki, Azərbaycan Respublikasının səfirik və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına güzəştlər edilir. Təklif olunan dəyişikliyə əsasən, birdəfəlik yerləşmə müavinəti  təsis edilir; diplomatik xidmət əməkdaşlarının orta ixtisas və ali təhsilin bakalavr səviyyəsində təhsil alan 23 yaşadək övladlarına təhsil müavinəti veriləcək; diplomatik xidmət əməkdaşlarının əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə görə aylıq müavinət ödəniləcək; müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətdə fəaliyyət göstərən diplomatik xidmət əməkdaşlarına kompensasiya ödəniləcək; diplomatik xidmət əməkdaşlarına aylıq təmsilçilik müavinəti ödəniləcək; diplomatlar üçün təsis edilən kompensasiya və müavinətlər, həmçinin  diplomatik missiyanın tərkibində fəaliyyət göstərən inzibati-texniki xidməti həyata keçirən şəxslərə  də şamil ediləcək.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına və inzibati-texniki xidməti həyata keçirən şəxslərə ödənilən müavinətlərdən, kompensasiyalardan və dövlət məvacibinə tətbiq edilən əmsalların məbləğindən vergi tutulmur.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR