İnsanlara hürriyət, millətlərə istiqlal!

DEYERLER.ORG SAYTININ 7 YAŞI TAMAM OLDU

2763 03.12.2012 09:14 Media A A
2005-ci ildə başlayanda peşəkarlardan ibarət komandası olmayan deyerler.org indi peşəkar xəbər portalları ilə bir sıradadır. deyerler.org-un qurucusu və baş redaktoru Hacı İlqar deyir ki, sayt cəmiyyətdə, mediada boşluq olan dövrdə meydana çıxıb: “Hər şey elə ”bismillah"la başladı. Bu gün artıq 7 il keçib və biz bu ötən müddətlə bağlı təhlillər aparırdıq. Sual elə bu idi: bu, necə oldu meydana çıxdı? Yaxşı xatırlayıram, 2005-ci ilin bir repressiv ab-havası vardı, Cümə məscidi yenicə qəsb olunmuşdu, ondan sonrakı dönəmin ağrı-acısı yaşanırdı, əslində Cümə adlı fenomenin sıradan çıxarılması fenomeni yaşanırdı. Cümənin, DEVAMM-ın və Cümədən çıxan insanların yaratdığı Azərbaycan insanı üçün yeni olan ab-havanın sıradan çıxarılması hədəfə alınmışdı. Bunun qarşısında dayanmaq lazım idi, bunun üçünsə o zaman hiss etdik ki, xəbər resursları yetəri deyil".
Hacı İlqar deyir ki, deyerler.org yaranan zaman ölkədə xüsusən də dindar kəsimin problemlərini gündəmə gətirən, işıqlandıran media orqanı faktiki olmayıb: “Olan xəbər resursları bir tərəfdən inanclı insanların qayğılarını, vəziyyətini tam hiss etmir, bundan əlavə olaraq gerçəkdən ölkədə olan çoxsaylı problemlərin içində inanclıların məsələsi mühüm məsələlərin biri və ya neçəncisi kimi ortaya qoyulurdu. Belə bir dönəmdə deyerler.org-un meydana çıxması gündəmə gəldi. O zaman yalnız ”Yeni Müsavat" qəzeti fərqlənirdi, belə desək “Yeni Müsavat” istisna olmaqla durum o zaman elə idi. Belə bir dönəmdə yeni bir xəbər resursunu meydana çıxarmaq qərarına gəldik. Nümunələrə müraciət etdik, “Yeni Müsavat” qəzeti var idi, ölkənin aparıcı media orqanı kimi öz dəst-xətti vardı. Biz müəyyən qədər bu qəzetin planlaşdırmalarında iştirak edir, xəbər siyasətinin təşkili prosesinə qatılırdıq. Daha sonra deyerler.org yarandıqdan sonra təcrübəni öyrənməkdə davam etdik və bu, bizə çox kömək etdi. Rauf bəyə o zaman etdiyi köməyə görə bu gün bir daha təşəkkür edirəm. Bundan başqa “Turan” Agentliyinin rəhbəri Mehman Əliyev və onun komandası ciddi və peşəkar bir informasiya mərkəzi kimi bizim üçün məktəb idi. Bu elə bir zaman idi ki, Azərbaycanda internet mediası inkişaf edirdi və yeni-yeni portallar yaranırdı. “Deyerlər” ölkə mediası üçün yeni fenomen idi".
Hacı İlqar “deyerler”in inanclı insanların müraciət etdiyi bir mərkəzə çevrildiyi qənaətindədir. Baş redaktor başqa layihələrinin, internet TV yaradılması, internet radionun (“İntizar” radiosu) inkişafı kimi planların olduğunu deyir: “Deyerler bu ölkədə dəyərlərə sahib olan hər kəsin tribunasına çevrildi. Bu gün artıq on minlərlə izləyicimiz, xitab etdiyimiz insanlar var. Qısa desək, deyerler.org hər bir dini kimlikli insanın gün ərzində bir neçə dəfə baş vurmalı olduğu bir internet resursuna çevrilib. Digər portallardan fərqli olaraq ”deyerler" şoubiznes xəbərləri, ucuz reklam materiallarına yer vermir. Biz bununla göstərdik ki, populyarlıq heç də bundan keçmir. Artıq bu gün deyerlerin xəbər istehsal edən, toplayan yaradıcı kollektivi var. Halal, doğru, Allahın bəyəndiyi yolla gedirik. Bu həm də deyerler-də çalışan insanların bu işə bir bəndəlik vəzifəsi kimi baxmasından asılı oldu".
“Yeni Müsavat” olaraq həmkarlarımızı əlamətdar gün münasibətilə təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR