İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Nuru Paşa ilə bağlı ÇAĞIRIŞ

640 05.03.2024 13:05 Gündəm A A

Milli Məclisin iclasında çıxış edən deputat Məlahət İbrahimqızı dövlət başçısının andiçmə mərasimində səsləndirdiyi fikirləri xatırladıb.

Musavat.com-un xəbərinə görə, deputat bildirib ki, Prezident “Bizim ailəmiz Türk dünyasıdır” deməklə çox mühüm mesajlar vermiş olub.

MELAHET.jpg (144 KB)

Məlahət İbrahimqızı məhz dövlət başçısının fikirlərinə istinad edərək konkret təşəbbüslə çıxış edib:

“Bu il Bakının erməni daşnaklarından təmizlənməsində müstəsna rolu olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın anadan olmasından 135 il keçir. Bakının və Azərbaycanın erməni daşnaklarından təmizlənməsindən 75 il ötür. Artıq zaman yetişib, Nuru Paşanın adının əbədiləşdirilməsi istiqamətində konkret addımlar atılmalıdır”.

Deputat Bakının görkəmli yerlərinin birində Nuru Paşanın abidəsinin ucaldılmasını təklif edib:

“Ümumiyyətlə, Nuru Paşanın adının əbədiləşdirilməsi istiqamətində addımlar atılmalı, hər hansı bir küçəyə onun adı verilməlidir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR