İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Ermənistan bilməlidir ki, bu cür təxribatlar Azərbaycanın...”

310 12.05.2023 13:39 Son xəbər A A

Deputat Ceyhun Məmmədov Milli Məclisdəki çıxışında Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura səfərlərindən bəhs edib. Bildirib ki, dəfər çərçivəsində Prezident bir sıra şəhər və rayonlarda, o cümlədən Cəbrayıl və Qubadlıda yeni kənd, məktəb və xəstəxanaların təməlini qoyub: Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoydu. Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin, Horovlu və Şükürbəyli kəndlərinin təməlinin qoyulması tədbirində və 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışında iştirak etdi. “Araz Vadisi İqtisadi Zonası”ndagörülən işlərlə, Cəbrayıl şəhərində orta məktəbin binasında tikinti işlərinin gedişi ilə yaxından tanış oldu”.

C.Məmmədov xatırtatdı ki, artıq bir neçə dəfədir prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura səfər edərək burada görülən işlərlə yaxından tanış olur, gərgin iş qrafikinə baxmayaraq hər iki regionda aparılan işlərə özü birbaşa nəzarət edir: “Bu, eyni zamanda, Prezident İlham Əliyevin həm Qarabağda, həm də Şərqi Zəngəzurda görülən işlərə nə dərəcədə əhəmiyyət verdiyini və həssas yanaşdığını göstərir. Bu gün görülən işlər irimiqyaslı layihələr nəticəsində Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydanına bənzəyir. Onu da qeyd edək ki, Prezident İlham Əliyev bölgədə infrastrukturla yanaşı, yeni iş yerlərinin yaradılması məsələsinə də xüsusi önəm verir. Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası”nda görülən işlər xüsusi diqqət çəkir. Burada bir çox yeni müəssisələrin, zavodların yaradılması bölgə insanlarının işlə təmin olunmasınaböyük töhfə verəcək. Prezident İlham Əliyev bölgəyə səfər zamanı Şuşadada bir sıra yeni müəssisələrin, mədəniyyət abidələrinin, o cümlədən Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin təmirdən sonra açılışında da iştirak etdi. Bu da öz növbəsində Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə nə qədər bağlı olduğunu göstərdi. Onu da qeyd etmək lazımdır ki, bütün bu işlər Azərbaycan dövlətinin hesabına, xaricdən heç bir dəstək olmadan həyata keçirilir. Eyni zamanda, bütün bu işlər heç bir sosial layihə təxirə salınmadan həyata keçirir. Bu, həm də bir daha onu söyləməyə əsas verir ki, Azərbaycan mərhələli şəkildə bütün məqsədlərinə ən qısa zamanda nail olacaq. Tezliklə Qarabağ və Şərqi-Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Bunun üçün bütün addımlar zamanında atılır”.

Deputat qeyd etdi ki, səfərdən sonra Ermənistan təxribata əl atdı: “Azərbaycan ordusu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistan bilməlidir ki, bu cür təxribatlar Azərbaycanın Qarabağ və Şərqi-Zəngəzurda həyata keçirdiyi layihələrin qarşısını ala bilməz”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR