Futbol üzrə dünya çempionatında A qrupunun II turuna start verilib.
Musavat.com xəbər verir ki, Çexiya millisi Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşıb. Atlanta stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Çexiya yığması oyuna erkən qolla başlayıb. 6-cı dəqiqədə Mixal Sadilek fərqlənərək komandasını hesabda önə çıxarıb.
CAR millisi isə matçın sonlarına yaxın bərabərlik qolunu vurub. 83-cü dəqiqədə Teboho Mokoena penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Beləliklə, tərəflər A qrupunun bu oyunundan 1 xalla ayrılıblar.
A qrupunda növbəti oyun Bakı vaxtı ilə saat 05:00-da keçiriləcək. Qrup liderliyi uğrunda mübarizədə Meksika millisi Cənubi Koreya ilə qarşılaşacaq.
Musavat.com






