İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2022: Qətərdə Maradonanın xatirəsi yad edilib

421 26.11.2022 12:31 İdman A A

Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın xatirəsi yad edilib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, veteran hücumçunun ölümünün 2-ci ildönümü ilə bağlı keçirilən tədbirdə FIFA prezidenti Canni İnfantino da iştirak edib.

Funksioner bildirib ki, Maradona ölməzdir və hələ heç kim insanlara idman sevgisini aşılamaq üçün onun qədər iş görməyib: "Dieqo hələ də bizimlədir".

Mərasimə Argentina yığmasının üzvləri, təşkilat komitəsinin rəsmiləri və digər qonaqlar da qatılıb.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də vəfat edib. 1986-cı il dünya çempionatının qalibi olmuş mərhum hücumçu XX əsrin ən yaxşı futbolçularından biri hesab edilir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR