İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2022: Portuqaliya Qanaya qalib gəlib

1204 24.11.2022 22:00 İdman A A

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyunu başa çatıb.

"Report"un məlumatına görə, qarşılaşma Portuqaliyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

***

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda 5-ci qol vurulub.

"Report"un məlumatına görə, qarşılaşmanın 89-cu dəqiqəsində Qananın futbolçusu Bukari hesab arasındakı fərqi azaldıb.

***

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda hesab yenidən dəyişib.

"Report"un məlumatına görə, qarşılaşmanın 78-ci dəqiqəsində Joao Feliks, 80-ci dəqiqədə isə Rafael Leao Portuqaliyanı hesabı 3:1-ə çatdırıb.

***

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, qarşılaşmanın 73-cü dəqiqəsində Andre Ayu Qananın heyətində fərqlənib.

***

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, qarşılaşmanın 64-cü dəqiqəsində Portuqaliyanın superulduzu Ronaldo fərqlənib.

O, özünə qarşı cərimə meydançası daxilində edilmiş kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

***

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra qarşılaşmada hesab açılmayıb.

***

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

***

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının H qrupunun ilk turunda üz-üzə gələcək Portuqaliya və Qana yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:

Portuqaliya: Dioqu Koşta, Rafael Gerreyro, Danilo Pereyra, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Otavio Monteyro, Kriştianu Ronaldu

Qana: Lourens Ati-Zigi, Əbdül-Rəhman Baba, Məhəmməd Salisu, Daniel Amarti, Aleksander Ciku, Alidu Seydu, Məhəmməd Kudus, Tomas Parti, Salis Əbdül Səməd, Andre Ayyu, İnyaki Uilyams

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR