İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2022: Meksika millisi qrupda qalıb

1329 01.12.2022 01:07 İdman A A

Meksika millisi Qətərdə keçirilən dünya çempionatında qrupda qalıb.

"Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisi C qrupunun son turunda Səudiyyə Ərəbistanını 2:1 hesabı ilə məğlub etsə də, 1/8 finala adlaya bilməyib.

Hesabı 48-ci dəqiqədə Enri Martin açıb. 52-ci dəqiqədə Luis Çaves 2-ci topu rəqibin qapısından keçirib. Səudiyyə Ərəbistanının qoluna isə 90+5-ci dəqiqədə Salem Əl-Dosari imza atıb.

Bu nəticədən sonra Meksika millisi Polşa ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə görə rəqibindən geri qalıb və mundialla vidalaşıb.

***

Qətərdə keçirilən dünya çempionatının C qrupunun III turunda üz-üzə gələcək Səudiyyə Ərəbistanı və Meksika yığmalarının start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Ovais (q), Saud Abdulhamid, Abdulela Əl-Əmri, Məhəmməd Əl-Burayk, Əli Al Boleahi, Firas Əl-Buraykan, Salem Əl-Dosari, Sultan Əl-Qanam, Saleh Əl-Şəhri, Əli Əl-Həssən, Həsən Əl-Tambakti, Məhəmməd Kanno

Meksika: Gilyermo Oçoa, Sesar Montes, Enri Martin, Eduardo Pinedo, Ektor Moreno, Edson Alvares, Luis Çaves, Xesus Qalyardo, İrvinq Lozano, Aleksis Veqa, Xorxe Sançes

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı və Meksika yığmaları arasında C qrupunun III tur oyununda ilk qol vurulub.

"Report"un məlumatın görə, 48-ci dəqiqədə Enri Martin Şimali Amerika təmsilçisini hesabda önə keçirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR