İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2022: Argentina millisi Meksikanı məğlub edib

914 27.11.2022 01:10 İdman A A

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir oyun baş tutub.

"Report"un məlumatına görə, C qrupunun II turunda Argentina və Meksika komandaları üz-üzə gəlib.

Qarşılaşma Argentinanın 2:0 hesablı qələbəsi ilə bitib. 64-cü dəqiqədə Lionel Messi baxımlı qola imza atıb. 87-ci dəqiqədə isə Entso Fernandes fərqi daha da artırıb.

Mundialda birinci qələbəsini əldə edən "tanqoçular" ilk üç xalını qazanıb və ikinci pilləyə yüksəlib. Qrupa 4 xalla Polşa kollektivi başçılıq edir. Səudiyyə Ərəbistanı 3 xalla üçüncü, Meksika 1 xalla sonuncu sıradadır.

Sonuncu - III turda Polşa Argentina ilə, Səudiyyə Ərəbistanı isə Meksika ilə görüşəcək. Həmin matçlar noyabrın 30-da olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR