İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2022: Argentina Avstraliya ilə oyunda ikinci qolu vurub VİDEO YENİLƏNİB

747 04.12.2022 00:24 İdman A A

 

Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda ikinci qol vurulub.

Musavat.com-un məlumatına görə, Cənubi Amerika təmsilçisi 57-ci dəqiqədə fərqi artırıb - 2:0.

Argentina yığmasının heyətində Julian Alvares fərqlənib.

 



***
Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb.

Cənubi Amerika təmsilçisi 1:0 hesabı ilə öndədir.

35-ci dəqiqədə Lionel Messi fərqlənib.


***
Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda birinci hissə başa çatıb.

Cənubi Amerika təmsilçisi fasiləyə 1:0 hesabı ilə üstün yollanıb.

35-ci dəqiqədə Lionel Messi fərqlənib.


***
Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab açılıb.

Lionel Messi 35-ci dəqiqədə Argentina yığmasını hesabda önə keçirib.

***
Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyunu start götürüb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.


***
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Argentina və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 17. Papu Qomez, 10. Lionel Messi, 9. Julian Alvares

Avstraliya: 1. Metyu Rayan, 19. Harri Suttar, 4. Kay Rouls, 16. Aziz Behiç, 2. Miloş Degenek, 13. Aaron Muy, 22. Cekson İrvin, 26. Keanu Bakus, 7. Mettyu Leki, 15. Mitçell Dyuk, 14. Rayli Makqri

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR